Dələduzluqda təqsirləndirilən qadınla bağlı bəraət hökmü qüvvədə saxlanıldı

Dələduzluqda təqsirləndirilən qadınla bağlı bəraət hökmü qüvvədə saxlanıldı

Hazırda oxunan: Dələduzluqda təqsirləndirilən qadınla bağlı bəraət hökmü qüvvədə saxlanıldı

175857

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən S.Cəfərovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protestinə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a təqsirləndirilən şəxsin vəkili Hikmət Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S.Cəfərova ötən ilin mart ayının 25-də Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Lənkəran Rayon Məhkəməsi S.Cəfərova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti və prokurorluq isə apellyasiya protesti verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO