Ukraynalı qadın Bakıda tələyə düşdü... — VİDEO 

Ukraynalı qadın Bakıda tələyə düşdü... — VİDEO 

Hazırda oxunan: Ukraynalı qadın Bakıda tələyə düşdü... — VİDEO 

175717

Övladının müalicəsi üçün Bakıya gələn qadın iki gün hava limanında gecələməli olub. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Ukrayna vətəndaşı 31 yaşlı Yelena Prudkoqlyaddan gedir. 

Yeddi yaşlı övladının xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyən Yelena iddia edir ki, o, Bakıya sinif yoldaşının dəvəti ilə gəlib. 

Sosial şəbəkələrin birində övladının xəstəliyi ilə bağlı post paylaşdığını iddia edən Yelena deyir ki, sinif yoldaşı Anya ona vəd verir ki, Bakıda onun övladını müalicə etdirəcək. 

Beləliklə, çarəsiz qadın əlində-ovcunda olanları sinif yoldaşına göndərir. Bundan sonra isə Bakıya üz tutur. 

Yelena Prudkoqlyad baş vermiş hadisə ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq. 

Köməksiz vəziyyətdə qalan Yelena isə övladı ilə birlikdə Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO