Qarın yağması su ehtiyatlarına necə təsir edəcək? - FOTO

Qarın yağması su ehtiyatlarına necə təsir edəcək? - FOTO

Hazırda oxunan: Qarın yağması su ehtiyatlarına necə təsir edəcək? - FOTO

175544

Ötən həftədən başlayaraq ölkə ərazisində qeyri-dəyişkən hava şəraiti əsasən qar və yağışla müşayət olunur. Bu isə gələcək üçün su ehtiyatlarının artması ilə nəticələnir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq on günə yaxındır ölkə ərazisində olduğu kimi Şimal-Qərb bölgəsində də qeyri-sabit, əsasən qarla müşayiət olunan hava şəraiti davam edir. 

Bu gecə də bölgə rayonlarında fasilələrlə qar yağıb. Qarın yağması isə bütün hallarda havanın və təbiətin saflaşmasına və bol oksigenə səbəb olub.

Məsələnin daha bir vacib məqamı var ki, bu da qarın Böyük Qafqaz dağlarına yağmasıdır. Çünki bu dağ ölkə ərazisində ən iri çayları özündə cəmləyir və yaz-yay aylarında əhalinin içməli su təminatı ilə yanaşı, həmçinin əkin sahələrinin suvarılmasında mühüm rol oynayır. Ekoloq Yusif Rəhimov bildirir ki, bununla bağlı illər əvvəl alimlər tədqiqat aparıb. 

Belə ki, Böyük Qafqaz dağlarına hardasa 2-2.5 metr və daha çox qar düşdükdə bu il boyu əriyir və çaylarda su bolluğu yaradır.

Son günlər ən ucqar dağ kəndlərinə yağan qardan sonra mütəxəssislər belə qənaətə gəlib ki, hazırda dağlarda 1-1.5 bəzi yerlərdə isə 2 metrə çatan qar ola bilər. Qarşıda isə hələ soyuq və şaxtalı fevral ayı gəldiyini nəzərə alsaq, qarın yağma ehtimalı çoxdur.
Yeri gəlmişkən, ötən günlərdə bölgədə havanın temperaturu gecələr mənfi 7-10 dərəcə idisə, bu gecə 0 dərəcəyə enib. Digər tərəfdən qarla yanaşı yağışların da müşayiət olunması və qarşıdakı günlərdə də yağışların yağması ilə bağlı proqnozların verilməsi onu deməyə əsas verir ki, çaylarda suyun səviyyəsi artacaq. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO