DYP-dən XƏBƏRDARLIQ: Bu yollarda diqqətli olun!

DYP-dən XƏBƏRDARLIQ: Bu yollarda diqqətli olun!

Hazırda oxunan: DYP-dən XƏBƏRDARLIQ: Bu yollarda diqqətli olun!

175375

“Hazırda paytaxt ərazisində müşahidə olunan dumanlı hava şəraitini, eləcə də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalını nəzərə alaraq hərəkət iştirakçılarından yollarda diqqətli olmalarını xahiş edirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

“Səfərə çıxan sürücülərə, xüsusilə sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO