Şirkət rəhbərinin içərisində 140 min manat olan maşını oğurlandı 

Şirkət rəhbərinin içərisində 140 min manat olan maşını oğurlandı 

Hazırda oxunan: Şirkət rəhbərinin içərisində 140 min manat olan maşını oğurlandı 

175374

Bakıda tikinti şirkətinin rəhbərinin maşını oğurlanıb.

Bizim.Media xəbər verir ki, şirkət rəhbəri avtomobilin və içərisində olan 140 min manat məbləğində pulun oğurlanmasından şikayət edib.

Şikayətçi Tofiq Aslanov oxu.az-a başına gələn hadisə barədə danışıb:

“İki gün öncə Yasamal rayonu, Zahid Xəlilov küçəsində maşınımı boş sahədə park etdim. Günorta saatlarında 90-NX-100 dövlət nömrə nişanlı “Mercedes-Benz S-Class” markalı avtomobilim içərisində 140 min manat pulla birlikdə oğurlanıb. İçərisində şəxsi əşyalarım da olub.

Şübhələndiyim şəxs yoxdur. İki gündür maşınımdan xəbər yoxdur. Quruma müraciət etdim. Lakin geridönüş olmayıb. Əvəzində maşında o qədər pulu niyə saxladığımı sual edirlər. Maşınım hələ də tapılmayıb”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO