İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanıldı – FOTO  

İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanıldı – FOTO  

Hazırda oxunan: İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanıldı – FOTO  

175161

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etməkdə şübhəli bilinən Mətləb İsmayıllı saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs avtobusdakı sərnişinin cibindən 600 manat nağd pulu oğurlayaraq ələ keçirib.

M.İsmayıllının digər anoloji cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO