Bakıda magistral yolda hərəkətin əks istiqamətinə sürərək həm özü, həm də digər sürücülərin həyatını riskə atan sürücünün saxlanılma anının görüntüləri yayılıb.
Məlumata görə, narkotik vasitənin təsirində olan sürücü Bakıxanov qəsəbəsi, Süleyman Axundov küçəsi 44A ünvanında 3 DYP maşını tərəfindən sıxışdırılaraq saxlanılıb.
Bizim.Media xəbər verir ki, buna qədər Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə daxil olan məlumatda bildirilib ki, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün “Kia” markalı, 99-RO-503 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq H.Əliyev prospektində nəqliyyat axınınına əks istiqamətdə hərəkətini davam etdirib.
MÖVZU İLƏ BAĞLI:
Sürücü narkotik çəkdi, avtomobili əks istiqamətdə sürdü - ANBAAN VİDEO
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Qanbayev Elşən İlham oğlu saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Qanbayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media