Bu yollar buz BAĞLADI 

Bu yollar buz BAĞLADI 

Hazırda oxunan: Bu yollar buz BAĞLADI 

175004

Havaların soyuq və şaxtalı keçməsi nəzərə alınaraq polis əməkdaşları bütün gecəni magistrallarda gücləndirilmiş iş rejimində işləyib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şimal-Qərb bölgəsində bu gecə mənfi 8-12 dərəcə arasında dəyişən şaxtalı hava qeydə alınıb. 

Əvvəlki iki gün yağan qar magistrallarda ərisə də, sular donaraq təhlükəli vəziyyət yaradıb. Belə ki, bölgədən keçən Yevlax-Zaqatala-Gürgüstan və Qaraməryəm- İsmayıllı-Şəki magistrallarında, eləcə də Şəki-Qax avtomobil yolunun əksər hissələrində, xüsusən körpülərdə donmalar, buz bağlama müşahidə edilib.
Bütün gecəni Dövlət Yol Polisi əməkdaşları sözügedən yollarda nəzarət həyata keçirib. Səhər saatlarında isə yol istismar idarələrinin müvafiq qurumları yollara duz və kəpək səpib. İlkin məlumatalara əsasən, heç bir nəqliyyat hadisəsi qeydə alınmayıb. Hazırda bölgənin magistral yollarında nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO