Şimal bölgəsi bu səhəri də qar və şaxta ilə açıb. Bölgə rayonlarına qar yağıb, avtomobil yolları buz bağlayıb.
Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, ənənəvi olaraq ən çox şaxta bölgə üzrə Qubanın Qrız kəndində qeydə alınıb: -15 dərəcə.
Qarın hündürlüyü isə bu kənddə 13 sm olub. Səhər saatlarından dağ avtomobil və mərkəzi yollarda yol təsərrüfatı işçiləri qarı təmizləyərək duz və qum tökməyə başlayıblar. Fəsadlar barədə hələlik məlumat yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:16 / 24.01.2024
Qubaya 13 sm qar yağıb – FOTO
Hazırda oxunan: Qubaya 13 sm qar yağıb – FOTO
Hazırda oxunan: Qubaya 13 sm qar yağıb – FOTO
174858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.