Yanvarın 21-dən Sumqayıt-Bakı ekspres avtobusları fəaliyyətə başlayıb. Sərnişinlər ilk gündən problemlə rastlaşdıqlarını bildirirlər.
Bizim.Media xəbər verir ki, intervalın 11 dəqiqə olacağı bildirilsə də, avtobuslarda oturacaqların hamısı dolmamış hərəkət etmədiyi iddia olunur.
Həmçinin artıq iki gündür səhər saatlarında avtobusda ödəniş kartını oxuma cihazlarının işlək olmadığını deyirlər. Nəticədə sərnişinlər növbədə dayanan digər avtobuslara yönləndirilib.
Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığının əvvəlcədən yoxlanılıb-yoxlanılmadığı və intervalın uzanma səbəbi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Teleqraf”a iddiaları təkzib edib.
O bildirib ki, Sumqayıt-Bakı ekspres xəttində 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir:
“Sürətli sərnişindaşımanı təmin edən ekspres avtobuslar müntəzəm reyslərə aiddir və qrafik üzrə hərəkət edir”.
Oxuma cihazlarının işlək olmamasına gəlincə, Tural Orucov qeyd edib ki, reysqabağı bütün oxuma cihazlarının yoxlanışı həyata keçirilir:
“Avtobusun ödəniş üçün nəzərdə tutulan avadanlığında nasazlıq yarandığı təqdirdə isə nasazlıq tez bir zamanda aradan qaldırıla və ya sərnişinlər növbəti ekspres avtobusunla yola salına bilər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:47 / 23.01.2024
Yeni ekspres avtobuslarla bağlı narazılıq - AÇIQLAMA
Hazırda oxunan: Yeni ekspres avtobuslarla bağlı narazılıq - AÇIQLAMA
Hazırda oxunan: Yeni ekspres avtobuslarla bağlı narazılıq - AÇIQLAMA
174816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.