Xırdalanın zibil PROBLEMİ – İcra hakimiyyəti AAAF Yaşayış Kompleksini GÜNAHLANDIRDI – FOTO 

Xırdalanın zibil PROBLEMİ – İcra hakimiyyəti AAAF Yaşayış Kompleksini GÜNAHLANDIRDI – FOTO 

Hazırda oxunan: Xırdalanın zibil PROBLEMİ – İcra hakimiyyəti AAAF Yaşayış Kompleksini GÜNAHLANDIRDI – FOTO 

174768

Xəbər verdiyimiz kimi, Abşeron rayonunda zibillərin daşınmaması ilə bağlı videogörüntülər yayılıb. 

Sakinlər rayonun Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində zibil tullantılarının qalaqlanmasından şikayətlənib.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Abşeronda zibillər daşınmır - FOTO/VİDEO


İH-nin mətbuat katibi Seymur Qasımov Bizim.Media-ya bildirib ki, Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsi ilə Bakı-Sumqayıt yolunun kəsişməsində yerləşən əraziyə təlabat nəzərə alınaraq məişət tullantılarının yığılması üçün əlavə 4 ədəd konteyner qoyulub: 

“Göstərilən video ilə bağlı isə bildiririk ki, sözügedən ərazi AAAF Yaşayış Kompleksinin nəzarətində olan sahədir. Həmin məntəqəyə rayon Abadlıq İdarəsi xidmət göstərmir. AAAF Yaşayış Kompleksində yaşayan sakinlər məişət tullantılarını bunun üçün nəzərdə tutulmayan əraziyə atırlar. 

Bununla əlaqədar olaraq AAAF Yaşayış Kompleksinin rəhbərliyinə Xırdalan İcra Nümayəndəliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunub. Bu hal növbəti dəfə təkrar olunduqda qanunamüvafiq olaraq aidiyyatı qurumlar tərəfindən inzibati protokol tərtib olunacaq.
Sizin vasitənizlə bir daha sakinlərdən xahiş edirik ki, məişət tullantılarını bunun üçün nəzərdə tutulmayan ərazilərə atmasınlar”.


Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO