Sabunçuda 2 silahlı saxlanıldı - VİDEO

Sabunçuda 2 silahlı saxlanıldı - VİDEO

Hazırda oxunan: Sabunçuda 2 silahlı saxlanıldı - VİDEO

174548

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib, 2 silahlı şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Maştağa qəsəbəsi sakini 1963-cü il təvəllüdlü İbrahim Rzayev saxlanılıb.

Ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin, yaşadığı evdən isə “Kalaşnikov” avtomatı, patron darağı və 11 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Ondan isə “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunub. İ.Rzayev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.
Həmçinin İdarə əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı Sabunçu rayon sakini olan ümumilikdə 6 nəfər özlərində saxladıqları müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü polisə təhvil veriblər.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO