20 Yanvar şəhidləri Gəncədə də anıldı – FOTO

20 Yanvar şəhidləri Gəncədə də anıldı – FOTO

Hazırda oxunan: 20 Yanvar şəhidləri Gəncədə də anıldı – FOTO

174323

Bu gün Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib. 

Bizim.Media xəbər verir ki, Şəhidlər xiyabanında keçirilən anım mərasimində böyük izdiham müşahidə olunub. Uşaqdan böyüyə hər kəs şəhidlərin xatirəsini yad etmək üçün xiyabana toplaşıb.

Tədbir abidə kompleksi önündə şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Şəhidlərin ruhuna dualar oxunandan sonra başlayan matəm mitinqində 34 il əvvəl Sovet qoşunlarının o zamankı rəhbərliyinin Bakıda insanlıq əleyhinə icra etdiyi tapşırıqları pislənilib. 20 Yanvarın Azərbaycan tarixində yalnız bir hüzn günü deyil, həm də qəhrəmanlıq səlnaməsində iz qoyan tarixi gün kimi qiymətləndirilib. 

Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə edilib. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub. 











Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO