Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri  hərbi hissədə - MN məlumat yaydı

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri  hərbi hissədə - MN məlumat yaydı

Hazırda oxunan: Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri  hərbi hissədə - MN məlumat yaydı

17422

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, on iki dövlətin hərbi attaşelik aparatının 15 nümayəndəsinə hərbi hissə, eləcə də HHQ-nin Vətən müharibəsində həyata keçirdiyi fəaliyyəti haqqında brifinq verilib və onların sualları cavablandırılıb.

Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO