Naxçıvanda ayrı-ayrı şəxslərdən 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb
2023-cü il ərzində Naxçıvan polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində ümumilikdə 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı götürülmüşdür.
Naxçıvan MR DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qanunsuz saxlanılan odlu silahları təhvil verməklə bağlı çağırışını bir daha vətəndaşların nəzərinə çatdırır, odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyyə edirik.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:52 / 19.01.2024
Naxçıvanda ayrı-ayrı şəxslərdən 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb
Hazırda oxunan: Naxçıvanda ayrı-ayrı şəxslərdən 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb
Hazırda oxunan: Naxçıvanda ayrı-ayrı şəxslərdən 122 odlu silah və 3 minə yaxın döyüş sursatı götürülüb
174216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.