Mingəçevirdə məktəb direktorunun rüşvət alması ilə bağlı cinayət işi açıldı - VİDEO 

Mingəçevirdə məktəb direktorunun rüşvət alması ilə bağlı cinayət işi açıldı - VİDEO 

Hazırda oxunan: Mingəçevirdə məktəb direktorunun rüşvət alması ilə bağlı cinayət işi açıldı - VİDEO 

174181

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Şəhər Prokurorluğunda cinayət işi açılıb. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, idarə ötən ilin 13-14 noyabrında həmin məktəbdəki neqativ hallarla bağlı yoxlama aparıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İDDİA: Azərbaycanda məktəb direktoru rüşvət alıb - VİDEO


Qeyd olunub ki, məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir Şəhər Prokurorluğu, həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları yoxlamalara başlayıb: 

"Aparılan yoxlamaların nəticələrinə və eləcə də Mingəçevir şəhər Prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılmış və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaq. 

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görür". 

Qeyd edək ki, məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO