“Qarabağ”ın oyunu TƏXİRƏ SALINDI 

“Qarabağ”ın oyunu TƏXİRƏ SALINDI 

Hazırda oxunan: “Qarabağ”ın oyunu TƏXİRƏ SALINDI 

174027

Azərbaycan Premyer Liqasnın “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb. 

Bizim.Media Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna Ağdam klubunun avrokuboklarda iştirakı səbəb olub. 

“Qarabağ” bununla bağlı quruma rəsmi müraciət edib. “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini əsas tutaraq belə addım atıb.
“Qarabağ”ın ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı sonra müəyyənləşəcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq”, - deyə PFL-in açıqlamasında qeyd olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO