Azərbaycanda qəsdən adam öldürmə cinayətləri 40 % azalıb

Azərbaycanda qəsdən adam öldürmə cinayətləri 40 % azalıb

Hazırda oxunan: Azərbaycanda qəsdən adam öldürmə cinayətləri 40 % azalıb

174003

2022-ci illə müqayisədə ötən il hərbi xidmət əleyhinə olan cinayətlər 24,2% azalıb.

Bizim.Media xəbər verir ki, bu haqda Həbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Baş prokuror Kamran Əliyev və Hərbi prokuror Xanlar Vəliyevin rəhbərliyi ilə keçirilən iclasda statistik məlumatlar açıqlanıb.
Statistikaya görə, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 40 %; özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1 %; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9 %; əmri icra etməmə cinayətləri 66,7 %; hərbi xidmətdən yayınma cinayətləri 33,7 %; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9 %; maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və xuliqanlıq cinayətləri 16,7 % azalıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO