Kərki kəndinin işğalından 34 il ötür

Kərki kəndinin işğalından 34 il ötür

Hazırda oxunan: Kərki kəndinin işğalından 34 il ötür

173961

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yaşayış məntəqələrindən olan Kərki kəndinin işğalından 34 il keçir.

Bizim.Media xəbər verir ki, 20 Yanvar faciəsi ərəfəsində ermənilər Naxçıvan Muxtar Respublikasını işğal etməyə cəhd göstəriblər.

Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər Kərkik, Sədərək, Günnüt və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb.
Güclü müqavimətə baxmayaraq, yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev və İdris Məmmədov qəhrəmancasına döyüşərək şəhid olublar.

Qeyd edək ki, Naxçıvanın Kərki kəndi ilə yanaşı hazırda Qazax rayonunun 7 kəndi də Ermənistanın işğalı altındadır. 44 günlük Vətən müharibəsindən sonra Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılmalıdır. Lakin Ermənistan hələ bundan imtina edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO