Jurnalist Səbuhi Məmmədli dəfn olundu – FOTO  

Jurnalist Səbuhi Məmmədli dəfn olundu – FOTO  

Hazırda oxunan: Jurnalist Səbuhi Məmmədli dəfn olundu – FOTO  

173831

Tanınmış jurnalist Səbuhi Məmmədli dəfn olunub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, media nümayəndələri iştirak edib. 

Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkən Səbuhi Məmmədli, gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da vəfat edib. 

2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlanıb. 

Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi. 

Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, Yeni Klinikaya köçürülüb. Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO