Mərkəzi Dəmiryol Xəstəxanası bu nazirliyin balansına VERİLDİ 

Mərkəzi Dəmiryol Xəstəxanası bu nazirliyin balansına VERİLDİ 

Hazırda oxunan: Mərkəzi Dəmiryol Xəstəxanası bu nazirliyin balansına VERİLDİ 

173687

Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazirliyə xəstəxanada müasir tələblərə cavab verən yeni infrastrukturun yaradılması tapşırılıb. 

"Məlum olduğu kimi, bu ilin iyulun 1-dən rayon, şəhər çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək. 
Sözügedən xəstəxananın da bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunması nəzərdə tutulub. Bu barədə ətraflı məlumatlar mütəmadi olaraq təqdim ediləcək”, - deyə əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO