Şəmkirdə 2 evdə PARTLAYIŞ - Yaralı var 

Şəmkirdə 2 evdə PARTLAYIŞ - Yaralı var 

Hazırda oxunan: Şəmkirdə 2 evdə PARTLAYIŞ - Yaralı var 

173594

Şəmkir rayonunun Çinarlı kəndində eyni vaxtda iki evdə yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəsəbədə iki ayrı şəxsə məxsus müxtəlif ünvanlarda anidən yanğın başlayıb. 

Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Ünvanlardan birində yanğın zamanı partlayış baş verib və 1946-ci il təvəllüldlü Şücayət Novruzova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hər iki ünvanda yanğın söndürülüb. Hazırda hadisələrin baş vermə səbəbləri araşdırılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO