Bu radionun səsi Dağlıq Qarabağdan gələcək –  ÇOX AZ QALDI

Bu radionun səsi Dağlıq Qarabağdan gələcək –  ÇOX AZ QALDI

Hazırda oxunan: Bu radionun səsi Dağlıq Qarabağdan gələcək –  ÇOX AZ QALDI

17346

Milli Televiziya və Radio Şurası tərəfindən Qarabağda yeni regional radionun açılması üçün elan edilən müsabiqənin nəticəsi açıqlanıb. Qalib adını "Caspian İnternational Broadcasting Company" (CBC televiziyası) Məhdud Məsuliyyətli Cəmiyyət qazanıb. 

Bizim.Media-nın sorğusuna cavab olaraq  telekanaldan bildirilib ki, radio 102.7 işçi tezliyində yayımlanacaq.

Bunun üçün “Caspian İnternational Broadcasting Company" MMC-yə lisenziya da verilib. Radionun adı isə “CBC FM QARABAĞ” olacaq. 

Bir neçə dildə səslənəcək radionun ofisi CBC telekanalının ərazisində yerləşəcək, amma yayımı Şuşadan ötürüləcək. 

Tezliklə fəaliyyətə başlayacaq radionu Dağlıq Qarabağ və ətraf ərazilərlə hər kəs eşidəcək.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO