Peçenye qutusunda gizlədilən 200 minlik brilyant — Bakı aeroportunda tapıldı - FOTO

Peçenye qutusunda gizlədilən 200 minlik brilyant — Bakı aeroportunda tapıldı - FOTO

Hazırda oxunan: Peçenye qutusunda gizlədilən 200 minlik brilyant — Bakı aeroportunda tapıldı - FOTO

17340

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, belə ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.

Daha sonra vətəndaş yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çamadanda olan “Tiffany Glucose” peçenye paketlərinin içərisində, ümumilikdə 10 ədəd sellofan bükümdə müxtəlif ölçülü 441 qram brilyant qaşlar aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilyant qaşların ümumi kütləsi 2171 karat, orta qiyməti, təxminən 224 min manat təşkil edir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO