Salyanda yağan qar elektrik təsərrüfatında fəsadlar törədib, 20-yə yaxın kənd işıqsız qalıb.
Bizim.Media-nın cənub bürosunun məlumatına görə, belə ki, gecə saatlarından indiyədək rayonun Qarabağlı, Çaxırlı, Arxarası, Yenikənd, Həsənli, Şəkərli, Kürsəngi, l-ll Varlı, Peyk, Xocalı və ümumilikdə 20-yə yaxın kəndlərində elektrik enerjisinin verilişi dayanıb.
Minlərlə əhali qışın qarlı-çovğununda işıqsız qalıb. Bununla bərabər ötən axşam saat 21:00 radələrində şəhərin Ə.Kürçaylı, H. Əliyev, T.Xəlilbəyli, Y.Zərhərli, Ə Zeynalov və digər küçələrinin sakinləri də enerji verilişindən məhrum olub. Enerjinin bərpası ilə bağlı aidiyyatı qurumlar hərəkətə keçiblər.
Qeyd edək ki, hazırda fasiləsiz olaraq qar yağır. Qarın hündürküyü 15-20 santimetrə çatıb.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:54 / 14.01.2024
Salyanda 20-yə yaxın kənd işıqsız qaldı - FOTO
Hazırda oxunan: Salyanda 20-yə yaxın kənd işıqsız qaldı - FOTO
Hazırda oxunan: Salyanda 20-yə yaxın kənd işıqsız qaldı - FOTO
173343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.