Biləsuvar rayonuna çovğunla müşahidə olunan güclü qar yağıb.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, ötən gün günorta saatlarından yağmağa başlayan qar hələ də davam edir. Hazırda qarın hündürlüyü bəzi ərazilərdə 30 sm-i keçib.
Rayon sakinlərinin sözlərinə görə, son 10 ildə belə bir güclü qar müşahidə etməyiblər. Rayon ərazisində əksər yollarda nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda da rayon ərazisinə qar yağır və havanın temperaturu mənfi 3 dərəcəyə düşüb.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 14.01.2024
Biləsuvarda qarın hündürlüyü 30 sm-i keçib - FOTO
Hazırda oxunan: Biləsuvarda qarın hündürlüyü 30 sm-i keçib - FOTO
Hazırda oxunan: Biləsuvarda qarın hündürlüyü 30 sm-i keçib - FOTO
173325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.