Şəkidə dörd nəfər dəm qazından ZƏHƏRLƏNDİ 

Şəkidə dörd nəfər dəm qazından ZƏHƏRLƏNDİ 

Hazırda oxunan: Şəkidə dörd nəfər dəm qazından ZƏHƏRLƏNDİ 

173222

Şəkidə dörd nəfər dəm qazından zəhərlənib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Məzahir Abbasov küçəsində qeydə alınıb.  

Belə ki, ötən axşam mənzillərdən birində kirayə qalan 33 yaşlı Ələsgər Cəfərov, 64 yaşlı Fərahim Muradov ,  43 yaşlı Zöhrab Hənifəyev və  32 yaşlı Lətif Mehdizadə dəm qazından zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Xəstəxanadan verilən məlumata əsasən Ələsgər Cəfərovun vəziyyətinin orta-ağır digərlərinin isə sağlamlıq durumunun kafi olduğu bildirilir. 
Bu gün vəziyyətləri kafi olan üç nəfərə növbəti tibbi yardım göstərilərək evə buraxılıb. Ələsgər Cəfərovun isə hazırda müalicəsi davam etdirilir.

Ailədə Şəkidə özəl sahibkarlıq sahəsində çalışdığı və kirayədə yaşadığı bildirilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO