Sabah Bakıya QAR YAĞACAQ 

Sabah Bakıya QAR YAĞACAQ 

Hazırda oxunan: Sabah Bakıya QAR YAĞACAQ 

173220

Sabah Bakıya və bölgələrə qar yağacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qar axşam tədricən kəsiləcək. Gecə və səhər duman olacaq. Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.

Paytaxtda havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO