Aran rayonlarında mal-qara oğurlayan dəstə SAXLANILDI – FOTO 

Aran rayonlarında mal-qara oğurlayan dəstə SAXLANILDI – FOTO 

Hazırda oxunan: Aran rayonlarında mal-qara oğurlayan dəstə SAXLANILDI – FOTO 

173179

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sonlarında rayonun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4 000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Araşdırmalar nəticəsində onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib.

Həmin şəxslərlə bağlı aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adları çəkilən şəxslər ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.

Üç rayon ərazisindən ümumilikdə 16 heyvan oğurlayan Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyev heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ə.Qurbanov, F.İbrahimov və A.Quliyev bundan əvvəllə törətdikləri müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO