MTV Azərbaycan telekanalında verilişlərin bağlanması və aparıcıların kanaldan ayrılması ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, yayılan məlumatlara görə, “Axşamdan-axşama” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu və “Toya gəlmişik”, “Qırmızı çamadan”, həmçinin “Axşamdan-axşama” verilişinin layihə rəhbəri artıq kanalla yollarını ayırıb və iş yerini tərk edib.
Aparıcı Mikayıl Güləddinoğlu məsələ ilə bağlı azxeber.com-a açıqlama verib. Onun sözlərinə görə, hələ ki, verilişlərin aqibətinin nə olacağı haqda yekun qərar verilməyib:
“Bizim kanalla aramızda anlaşılmazlıq sadəcə mənim “Axşamdan-axşama” verilişimin çəkilişlərinə görə yaranıb. Bilirsiniz ki, mən həm də toy idarə edirəm. Ona görə də bəzən verilişi çəkməli oluram. İndi də əlimdə çəkilmiş verilişlər var. Bu haqda rəhbərliklə hələ ki, danışığımız olmayıb. Onlar verilişlər haqda nə qərar versələr, elə də olacaq”.
Aparıcı kanalın rəhbəri Həsən Abdullayev haqda yayılan xəbərlərə də aydınlıq gətirib:
“Yayılan söhbətlərdən tam məlumatsızam. Amma Həsən müəllimin işinin başında olduğunu deyə bilərəm, şahidi olmuşam. Amma hələ ki, rəhbərliklə görüşüb danışmamışam. Qəbul olunmuş heç bir qərar yoxdur”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:13 / 12.01.2024
Mikayıl Güləddinoğlunun verilişi bağlandı? - AÇIQLAMA
Hazırda oxunan: Mikayıl Güləddinoğlunun verilişi bağlandı? - AÇIQLAMA
Hazırda oxunan: Mikayıl Güləddinoğlunun verilişi bağlandı? - AÇIQLAMA
173114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.