Samuxda yanacaq daşıyan maşın AŞDI: 40 ton benzin yola dağıldı

Samuxda yanacaq daşıyan maşın AŞDI: 40 ton benzin yola dağıldı

Hazırda oxunan: Samuxda yanacaq daşıyan maşın AŞDI: 40 ton benzin yola dağıldı

173076

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun 2 kilometrliyində baş verib. 

Hərəkətdə olan “Mercedes” markalı ağır tonajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. 

Qəza nəticəsində yanacaq daşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb. 

Dərhal hadisə yerinə FHN-nin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısını alınması istiqamətində tədbirlər həyata keçirilib.
Yük maşınının yolun hərəkət hissəsinə aşması zamanı Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb olunub, sürücülər alternativ yollarla hərəkət etməyə yönləndirilib. DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO