Komando bölmələrimiz şərti düşməni mühasirəyə alaraq zərərsizləşdirdi - FOTO

Komando bölmələrimiz şərti düşməni mühasirəyə alaraq zərərsizləşdirdi - FOTO

Hazırda oxunan: Komando bölmələrimiz şərti düşməni mühasirəyə alaraq zərərsizləşdirdi - FOTO

172765

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, plana uyğun olaraq, komandolar əldə edilən kəşfiyyat məlumatına əsasən daimi dislokasiya məntəqəsini tərk edərək şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi istiqamətində hərəkət ediblər.

Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən edilərək mühasirəyə alınması və zərərsizləşdirilməsi, yaralıların təxliyə edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Sərt iqlim şəraitində komando bölmələri ilə keçirilən taktiki-xüsusi məşğələlərin əsas məqsədi hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin tətbiq edilməsidir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO