Anar Ələkbərov: “Günahkarlar ciddi şəkildə cəzalandırılacaq”

Anar Ələkbərov: “Günahkarlar ciddi şəkildə cəzalandırılacaq”

Hazırda oxunan: Anar Ələkbərov: “Günahkarlar ciddi şəkildə cəzalandırılacaq”

172606

“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”​.

Bizim.Media​ xəbər verir ki, bunu qafqazinfo.az-a açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmilər yanğın yerinə getdilər – FOTO 


O qeyd edib ki, sözügedən hadisə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO