“Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb”.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO
O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.
Bizim.Media