Narkotik çəkib maşın sürdü, həbs edildi – FOTO  

Narkotik çəkib maşın sürdü, həbs edildi – FOTO  

Hazırda oxunan: Narkotik çəkib maşın sürdü, həbs edildi – FOTO  

172568

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasını pozduğuna görə rayon sakini Rahil İsmayılov saxlanılıb.

Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
O, məhkəmənin qərarına əsasən 1 ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO