Şəkidə mənzildə baş verən yanğının səbəbi BİLİNDİ - FOTO

Şəkidə mənzildə baş verən yanğının səbəbi BİLİNDİ - FOTO

Hazırda oxunan: Şəkidə mənzildə baş verən yanğının səbəbi BİLİNDİ - FOTO

172521

Ahıl qadının yaşadığı mənzil ilkin ehtimallara görə qaz sızması nəticəsində yanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün günorta saatlarında Şəkinin 20 Yanvar küçəsindəki fərdi mənzillərdən birində güclü yanğın baş verib.

Qonşuların müdaxiləsindən sonra hadisə yerinə yanğınsündürənlər cəlb edilib və məlum olub ki, otaqlardan birində mənzil sahibi 92 yaşlı Nəzihə İbrahimova qalıb.

Dərhal sakinlər və yanğınsöndürənlər ahıl qadını təxliyyə etməyə başlayıb. Bu zaman Nəzihə İbrahimova ayağından xəsarət alıb.
Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqafasının həkimləri tərəfindən qadına ilkin tibbi yardım göstəriləndən sonra o, xəstəxanaya yerləşdirilib.

Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata əsasən 3 otaqlı, ümumi sahəsi 120 kv/m olan mənzilin damı eləcə də mətbəx və aynəbəd hissəsi tamamilə yanıb. Digər hissələr hyanğından mühafizə edilib. 

Yanğının baş vermə səbəbləri müvafiq orqanlar tərəfindən araşdırılır.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO