“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə

“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə

Hazırda oxunan: “Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə

172514

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N.Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.  

Əldə etdiyimiz məlumata görə, bloqer qəza törədən vaxt sərxoş vəziyyətdə olduğu üçün ona qarşı həmin maddə irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə  cəzası nəzərdə tutulur.
Cinayət işini hakim Samir Əliyev araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N. Şakirlinin darə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO