Bakıda 2040-cı ilədək dairəvi metro şəbəkəsi tamamlanacaq

Bakıda 2040-cı ilədək dairəvi metro şəbəkəsi tamamlanacaq

Hazırda oxunan: Bakıda 2040-cı ilədək dairəvi metro şəbəkəsi tamamlanacaq

172433

2040-cı ilədək dairəvi metro şəbəkəsinin tamamlanması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planda qeyd olunub ki, əks istiqamətlərdə də eyni vaxtlı hərəkətə imkan verən dairəvi metro şəbəkəsinin yaradılması, relsli nəqliyyatın şəhərin şərq hissəsini tam əhatə etməsinə nail olunması, relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi, metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqlarının yaradılması nəzərdə tutulub. 

Bundan başqa, relsli nəqliyyat sisteminin sərnişindaşıma qabiliyyətinin təqribən iki dəfə artırılması, mövcud xətlərin uzadılması (bənövşəyi xətt), yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması, “Ağ şəhər” və “Port Baku” ərazisinin xidmətə çıxışının təmin edilməsi şəbəkənin inkişaf etdirilməsi nəzərdə tutulur.

Baş planda qeyd olunur ki, 2030-cu ildən sonrakı dövrdə relsli nəqliyyat sistemləri üzrə sərnişindaşıma həcmlərinin əhəmiyyətli dərəcədə artırılması üçün ilkin şəraitin yaradılması nəzərdə tutulur. 
“28 May” metrostansiyası ərazisində təkmilləşdirmələrin aparılması üçün zəruri ilkin imkanların və şəraitin yaradılması və 2030-cu ilədək tamamlanması nəzərdə tutulur.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO