DİN Masallıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  

DİN Masallıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  

Hazırda oxunan: DİN Masallıda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  

172419

Masallı sakinlərindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.  

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. 

Şöbə əməkdaşlarının Masallı şəhəri ərazisində keçirdikləri digər əməliyyat zamanı isə rayon sakini İ.Əlizadə saxlanılıb. Həmin şəxsdən 450 qram marixuana aşkarlanaraq götürülüb. 
Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO