Hövsan-Zığ yolunda təhlükə saçan piyada keçidi - VİDEO

Hövsan-Zığ yolunda təhlükə saçan piyada keçidi - VİDEO

Hazırda oxunan: Hövsan-Zığ yolunda təhlükə saçan piyada keçidi - VİDEO

172395

Zığ-Hövsan yolunun üzərində, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığında yerləşən 35 qatlı pilləkənin olduğu yerüstü keçiddə nə yeriyən pilləkən var, nə də ki lift işləyir.

Bizim.Media xəbər verir ki, keçiddə fiziki imkanları məhdud olan şəxslərin, o cümlədən yaşlıların hərəkət etmələri üçün lazımınca şərait yaradılmayıb. Keçidin problemi bununla da bitmir.

Tavandan sallanan elektrik naqilləri, yuxarıdan tökülən hissələr insanların həyatına birbaşa təhlükə mənbəyidir.

Sakinlərin sözlərinə görə, lift olsa, daha yaxşı olar. Belə ki, burada pəncərə yoxdur, hər şey qopub tökülür. Təhlükəsizlik üçün hər tərəfi örtülü olmalıdır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, sözügedən piyada keçidində tam olaraq işlər yekunlaşdırılmayıb. Hazırda piyada keçidində müəyyən tamamlanma işləri gedir, o cümlədən elektrik xətti ilə təmin olunması istiqamətində podratçı şirkət tərəfindən müvafiq addımlar atılır.
Ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO