Bakıda adambaşına 8 m2 yaşıllığın (şəhər səviyyəsində) təmin edilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, beynəlxalq meyarlara əsasən, yaşıllıqlarla təminat normaları adambaşına 5-15 m2 arasında dəyişir.
Bu isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” ilə uyğunluq təşkil edir.
Baş Plan çərçivəsində şəhərin yarımsəhra landşaft xüsusiyyəti və iqlim şəraiti, həmçinin güclü küləklər və suvarma üçün su ehtiyatlarının çatışmazlığı nəzərə alınmalıdır. Bu o deməkdir ki, şəhərdə əsas etibarı ilə kiçik və ya orta ölçülü yaşıllıqlar yaradılacaq. Olduqca geniş yaşıllıqlar şəhərin ətraf mühit şəraiti ilə uyğunluq təşkil etmir və bu səbəbdən istisna olunacaq.
Bakı şəhərinin Baş Planı kontekstində adambaşına 8 m2 yaşıllığın (şəhər səviyyəsində) təmin edilməsi məqsədəuyğundur və həyata keçirilməsi mümkün hədəf kimi görünür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:26 / 07.01.2024
Bakıda adambaşına 8 kvadrat metr yaşıllıq olacaq
Hazırda oxunan: Bakıda adambaşına 8 kvadrat metr yaşıllıq olacaq
Hazırda oxunan: Bakıda adambaşına 8 kvadrat metr yaşıllıq olacaq
172391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.