100 yaşlı şəhid anası doğum günündə ziyarət edildi

100 yaşlı şəhid anası doğum günündə ziyarət edildi

Hazırda oxunan: 100 yaşlı şəhid anası doğum günündə ziyarət edildi

172379

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının rəhbərliyi Birinci Qarabağ müharibəsi şəhidi Məmməd Abbasovun anası Atlas Abbasquluyevanı 100 illik yubileyi münasibətilə ziyarət edib.

Bizim.Media xəbər verir ki, görüş zamanı bütün şəhid valideynlərinin baş tacımız olduğu bildirilib, şəhid anasına təşəkkürnamə və gül dəstəsi təqdim edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şəhid Abbasov Məmməd Salman oğlu 1947-ci ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub.

Qarabağ müharibəsi başlanan vaxtdan Umudlu kənd əhalisi ilə birlikdə erməni işğalçılarına qarşı mübarizə aparıb. 1991-ci il may ayının 25-də erməni işğalçılarının kəndə növbəti hücumunun qarşısının alınmasında, kənd əhalisinin sağ qalmasının təşkil edilməsində xüsusi fəallıq göstərib və döyüş zamanı qəhrəmancasına şəhid olub. O, Umudlu qəbiristanlığında dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO