Azərbaycanın Pravoslav Xristian İcması Milad bayramını qeyd edir - FOTO/VİDEO

Azərbaycanın Pravoslav Xristian İcması Milad bayramını qeyd edir - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanın Pravoslav Xristian İcması Milad bayramını qeyd edir - FOTO/VİDEO

172296

Yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını qeyd edirlər.

Bizim.Media xəbər verir ki, Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır.

Pravoslavlara görə bu, 40 günlük orucun son günü və Miladın qeyd edilməsi üçün daha möhkəm hazırlıq vaxtıdır.
Axşam, gün batandan sonra bütün ailə həvarilərin sayına uyğun olaraq 12 yağsız yeməyin olduğu masa arxasında yığışır. Yeməklərin heç biri toxunulmamış qalmamalıdır: hər birindən ən azından bir az dadmaq lazımdır. Masada bir şamın - canlı alovun yanması məsləhətdir. Müqəddəs axşam yeməyinin əsas xörəyi kutyadır. O, ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə edilə bilər. Taxıl bəşəriyyətin tərkib hissəsi olan insanların simvoludur. Kutyada yapışqan qismində bal və ya şəkər siropu istifadə olunur. Milad orucu bu şam yeməyi ilə bitir: yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar.

Azərbaycanın Pravoslav Xristian İcması da hər il ənənəvi olaraq Milad bayramını qeyd edir. Azərbaycanda xristianlığın çox qədim tarixi var. Təsadüfi deyil ki, Qafqazdakı ilk xristian məbədləri məhz burada yaranıb. Bu torpaqda dünya dinləri əsrlər boyu insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında əvəzsiz rol oynamışdır.

Azərbaycanda heç vaxt milli və dini dözümsüzlük halları baş verməyib. Digər konfessiyaların nümayəndələri kimi, Azərbaycan xristianları da cəmiyyətin tamhüquqlu üzvləridir, ölkə həyatında fəal iştirak edirlər. Azərbaycanda bir neçə pravoslav məbədi var.

Prezident İlham Əliyev hər il Azərbaycanın pravoslav xristianlarını Milad bayramı münasibətilə təbrik edir. 

Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO