Cəlilabadda ağır QƏZA - Xəsarət alanlar var

Cəlilabadda ağır QƏZA - Xəsarət alanlar var

Hazırda oxunan: Cəlilabadda ağır QƏZA - Xəsarət alanlar var

172158

Cəlilabad rayonunda yol qəzası baş verib.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “VAZ 2107” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb. Nəticədə Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Musayev Fərid ağır xəsarət alıb. Daha bir nəfər də yüngül bədən xəsarətləri alıb. 
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırm aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO