Zaqatalada avtoqəza baş verib – Xəsarət alan var - FOTO

Zaqatalada avtoqəza baş verib – Xəsarət alan var - FOTO

Hazırda oxunan: Zaqatalada avtoqəza baş verib – Xəsarət alan var - FOTO

172026

Zaqatalada “Mersedes” əvvəlcə ağaca sonra daş divara çırpılıb. Hadisə sürət həddini aşma nəticəsində baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Muxax kəndi ərazisində baş verib.  

Belə ki, Yuxarı Çardaxlar kənd sakini Hikmət Davudov idarə etdiyi 77 GR dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə sürücü maşını yolun kənarındakı ağaca çırpıb.

Nəqliyyat vasitəsinin sürəti o qədər yüksək olub ki, ağaca çırpılandan sonra maşın yaxınlıqdakı kubikdən olan hasara dəyərək dayanıb.  

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü hadisə şahidlərinin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.  

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.  




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO