Şimal bölgəsində yeni ilin 4-cü günü yağıntısız keçib. Yalnız Qusarın Ləzə kəndinə yarım sm-ə yaxın qar düşüb. İl dəyişəndən bölgədə şaxtalı hava daha az müşahidə edilir.
Bu barədə Quba Ərazi hidrometerologiya müəssisəsindən Bizim.Media-ya xəbər verilib.
Məlumata görə, bu gün səhər ən çox şaxta Qusarın Yasab stansiyasında qeydə alınıb: -1,8 dərəcə. Qubanın Qrız kəndində isə 0,5 dərəcə şaxta olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu