Zaur Məmmədovun özünə qəsd etməsi ilə bağlı YENİ AÇIQLAMA 

Zaur Məmmədovun özünə qəsd etməsi ilə bağlı YENİ AÇIQLAMA 

Hazırda oxunan: Zaur Məmmədovun özünə qəsd etməsi ilə bağlı YENİ AÇIQLAMA 

171944

"Vəkil Zaur Məmmədov özünü yandıranda mantiyası əynində olmayıb".

Bizim.Media xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova sosial hesabında bilidirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda vəkil özünü YANDIRIB - FOTO


O qeyd edib ki, vəkil həmkarları ilə birgə mərhumun yas mərasimində iştirak edib:

"Əziz həmkarlar, dostlar! Mərhum vəkil Zaur Məmmədov bizim büroda - yəni 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərib, sonra isə öz istəyi ilə Salyan Vəkil Bürosuna keçmişdi. Onu yaxşı tanıyan həmkarları kimi, bu gün mən büromuzun digər vəkil həmkarları ilə birgə onun yas məclisində olduq.

Anası, bacısı, qardaşı, atası və digər qohumları ilə söhbət etdik. Bildirdilər ki, hadisə vaxtı mərhumun mantiyası əynində və ya yanında olmayıb.

Mantiyası da, çantası da evdədir. O, idman geyimində olub.

Bu məlumatı bildirməyi özümə borc bildim. Çünki sosial şəbəkələrdə bəzi paylaşımlarda onun özünü yandırarkən əynində mantiyası olduğunu bildirirlər. Allah həmkarımıza rəhmət eləsin!".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO