“Grand Həyat”dakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA 

“Grand Həyat”dakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: “Grand Həyat”dakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA 

171898

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Grand Həyat” yaşayış kompleksində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan dördotaqlı mənzilin bir otağında bir ədəd televizor, bir ədəd kondisioner, bir ədəd divan və divar kağızı 6 kvadratmetr sahədə yanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “Grand Həyat” kompleksində yanğın oldu - VİDEO


Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO