Azərbaycanın guya işğal etdiyi hansısa kvadrat kilometrlər barədə açıqlamalar əsassız və sübutsuzdur.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.
"Gəlin, məsələnin tarixinə baxaq. 28 il ərzində Ermənistanın ola bilsin ki, özününkü hesab etdiyi ərazi Ermənistan Respublikasının silahlı qüvvələrinin silahlı işğalı altında olub. Xəritəyə baxsanız, görərsiniz ki, Azərbaycan tərəfindən şərti sərhədimizin bir hissəsi Zəngilan, Qubadlı və digər rayonlar bütünlüklə Ermənistanın silahlı işğalı altında olub.
Müvafiq olaraq, həqiqətdə Ermənistan Respublikası ilə Azərbaycan, yaxud onların "Artsax Respublikası" adlandırdıqları ilə heç bir sərhəd olmayıb. Azərbaycanın haradasa onların ərazisinə zorla daxil olması, əlbəttə ki, onların qiymətləndirməsidir. Bizim mövqeyimiz tamamilə fərqlidir. Biz əksinə olaraq, Azərbaycan ərazisinin bir hissəsinin indiyədək Ermənistanın işğalı altında olduğunu hesab edirik. Söhbət Ermənistan-Azərbaycan sərhəddinin şimalında Qazax rayonunun 1990-cu illərin əvvəlində Ermənistan tərəfindən işğal olunmuş dörd kəndindən gedir. Söhbət eksklavlardan getmir, bunlar Qazax rayonunun kəndləridir", - o deyib.
E.Əmirbəyovun sözlərinə görə, bununla yanaşı, müvafiq olaraq qarşı tərəfin nəzarətində olan üç Azərbaycan və bir Ermənistan eksklavı da mövcuddur.
"Buna görə də, erməni qonşularımıza "kimsə mənim ərazimi işğal edib" kimi hansısa sübutsuz iddialar irəli sürməzdən əvvəl delimitasiya məsələsi üzərində işə daha ciddi yanaşmalarını məsləhət görərdim.
Çünki hansı ərazinin kimə aid olduğuna dair yeganə meyar gələcək dövlət sərhədimizin delimitasiyası barədə əldə olunacaq bu sazişdir. Bu cür saziş olmadıqda kiminsə nəyisə işğal etdiyi barədə danışmaq səmərəsizdir.
Biz öz tərəfimizdən Ermənistan tərəfinə bu işi sona çatdırmaqda səmimi marağımızı nümayiş etdirmək üçün hər şeyi etmişik. İki ölkənin nümayəndə heyətinin sonuncu görüşündə Azərbaycan tərəfi Ermənistan tərəfinə delimitasiya komissiyasının fəaliyyətinin əsasını təşkil edəcək normativ sənədləri nəzərdən keçirərək razılaşdırmağı təklif edib. Hər iki tərəf bu müddəa, reqlament, eləcə də, yardımçı sənədlər, o cümlədən, müxtəlif dövrlərə dair xəritələri hesablama nöqtəsi olaraq qəbul etməlidir", - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:40 / 03.01.2024
Azərbaycan ərazisinin bir hissəsi indiyədək Ermənistanın işğalı altındadır - FOTO
Hazırda oxunan: Azərbaycan ərazisinin bir hissəsi indiyədək Ermənistanın işğalı altındadır - FOTO
Hazırda oxunan: Azərbaycan ərazisinin bir hissəsi indiyədək Ermənistanın işğalı altındadır - FOTO
171891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.