Bakı-Ağstafa marşrutuna sərnişin tələbatı artdı - DAHA BİR QATAR REYSİ

Bakı-Ağstafa marşrutuna sərnişin tələbatı artdı - DAHA BİR QATAR REYSİ

Hazırda oxunan: Bakı-Ağstafa marşrutuna sərnişin tələbatı artdı - DAHA BİR QATAR REYSİ

171884

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət "Ekspres" sürət qatarını əlavə reysə cəlb edib.

Bu barədə Bizim.Media ADY-ya istinadən xəbər verir.

Məlumata görə, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO